Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib – RƏSMİ
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Elminfo.az xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.