Rusiyanın Bryansk vilayətində körpü partladıldı – Çoxsaylı ölənlər və yaralananlar var
Rusiyanın Bryansk vilayətində körpünün çökməsi nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. 31 nəfər isə xəsarət alıb.
Bu barədə Rusiya KİV məlumat yayıb. Hadisə yerində xilasetmə işləri davam edir.
Hadisə zamanı sərnişin qatarının vaqonları və lokomotivi körpünün dağıntıları altında qalıb. FHN əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.
Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 180 nəfərlik heyət və 60 texnika cəlb olunub.
Bildirilib ki, hadisə mayın 31-i axşam saatlarında Vyqoniçi qəsəbəsi yaxınlığında baş verib. Körpü üzərində avtomobillər olarkən çöküb və bu zaman altından keçən sərnişin qatarı dağıntıların altında qalıb.
Bölgənin qubernatoru Aleksandr Boqomaz məlumat verib ki.“Qatar hərəkətdə olarkən körpü partladılıb”.
Mənbə: Turkustan.Az