YAZARLAR

“Şərq-Qərb münasibətləri prizmasından dinlərarası dialoq və Azərbaycan təcrübəsi”

“Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır”. 

Ümummilli lider Heydər Əliyev

  Giriş

Məlum olduğu kimi, ötən əsrin ortalarından başlayaraq dinlərarası dialoq tarixi kökləri olmasına baxmayaraq qloballaşma ilə bərabər yeni bir tədqiqat obyekti kimi tədqiqatçıların diqqətini cəlb etmişdir. Dünyada yeni tendensiyaların formalaşması, qlobal mənada yeni anlayış və terminləri aktuallaşması, milli-etnik münasibətlərdə yaranan bir çox problemlər bir daha göstərdi ki, dinlərarası dialoqun aparılması vacib bir məsələdir. Amma təssüflər olsun ki, bu qədər vacib və mühüm bir məsələ illər və hətta əsrlər boyu tarixin tozlu rəflərində qalmışdır.

Dialoqun bir dinə mənsub müxtəlif qrupların, həm də fərqli dinlərə mənsub insanların, inanc və düşüncələrini bir-birlərinə məcburən və ya qeyri-etik yollarla qəbul etdirmə təşəbbüsündə olmadan, ortaq məsələlər ətrafında tolerant şəraitdə razılaşaraq bir məxrəcə gəliməsi vacib məsələdir.

Tarixə nəzər salsaq görərik ki, İslam dininin ümumi olaraq Qərblə, xüsusilə də xristianlıqla on əsrdən çox münasibətləri demək olar ki, normal olmamışdır. Bunun səbəbi kilsənin dialoqa açıq olmaması və müsəlmanlara şübhə ilə baxması olmuşdur.

Məşhur siyasi xadim, bütün dinlərə eyni məsafədə yanaşmanın daha doğru olacağına inanan Mahatma Qandi qeyd etmişdir ki; “Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür”.(16) Həqiqətən də dinlərarası, mədəniyyətlərarsı dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, dinindən, dilindən, milli mənsubiyyətindən, inanıb, inanmamağından asılı olmayaraq hamımız eyni dünyada yaşayırıq. Elə buna görə də cəmiyyətdə bir-birimizə qarşı olan münasibətlərimiz bütün bunları nəzərə alaraq davranmalı və ona görə maksimum dözümlülük göstərməliyik.

  1. Dinlərarası dialoq və onun mahiyyəti

Dinlərarası dialoq: Müxtəlif dinlərə mənsub insanlar bir-birlərinə öz inanclarını və düşüncələriniməcbur qəbul etdirməməli, bərabərlik, tolerantlıq, dürüstlük, səmimilik, sevgi, hörmət və xoş niyyətdə ortaq olmalıdır. Sülh, azadlıq və demokratik bir mühitdə yaşamaq hər bir kəsin arzusu olduğu da unudulmamalıdır. Buonlara bir-biri ilə danışmağa, əməkdaşlıq etməyə, birlikdə yaşamağa və hətta güzəştə getməyə imkan verəcəkdir. Hər bir kəsin dinidə olan fərqli və oxşar cəhətlərə baxmayaraq, önəmli olan din mənsubları bir-birlərini olduqları kimi qəbul etsinlər. (1,s.31)

Dünyada qloballaşma prosesiningeniş vüsәt aldığı bir zaman kəsiyindədünya dövlətlərinin siyasi və mədəni həyatında bir sıra köklü dәyişikliklәrin baş verdiyinin şahidi olduğumuz üçün yuxarıda qeyd olunan bir-birini qəbul etmək prinsipinin unudulduğunu görürük. Bir sıra dövlətər öz siyasətini, inancını möhkəmlətmək və başqalarına qəbul etdirmək üçün müasir metodlara bəzən istəməsə belə müraciət etmək məcburiyyətində qalmışdır. Bunun ilkin səbəbi varlığını davam etdirmək olsada, əsas səbəb qloballaşma prosesinin bir parçası olmaqdan ibarətdir. Buna görə son illər ərzində müxtəlif ölkələrdə və bir çox qabaqcıl universitetlərdə dəfələrlə dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində müzakirələr aparılmış, beynəlxalq konfranslar, simpoziumlar keçirilmişdir.

Belə ki, dünya dövlətləri üçün qarşılıqlı münasibətlərə xələl gətirən və bəzən də qlobal problemə çevrilən məsələlərin aradan qaldırılması üçün dinlərarası dialoqun genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə qloballaşma prosesi ictimai həyatın bütün sahələri ilə yanaşı, mədəniyyətə və dinlərarası dialoqa ciddi təsir göstərir. Bu təsiri xüsusiilərəqəmsal texnologiyaların sürətli inkişafındadinlərarası dialoqa necə sürətli təsir etdiyinin şahidi oluruq. Bütün bunlara baxmayaraq,bir çox hallardaisə bu proses milli və dini şüurun düzgün formalaşmasına öz mənfi xüsusiyyətini göstərir. Belə olan təqdirdə dinlərarası dialoqun təbliği və inkişafı istiqamətində təhlil və analizaparmaq əhəmiyyətli olur.

Məlum olduğu kimi, qloballaşan dünyada dinlərarası dialoq müxtəlif  zamanlarda müxtəlif mənalarda istifadə olunduğu üçün fərqli dinlər, dindarlar və o cümlədən dindar olmayanlar arasında bəzən anlaşılmazlığasəbəb olmuşdur. Hadisələrin gedişatı ərəfəsində qloballaşmanın “müxtəlif maraqların riskli və münaqişəli oyunu” fikrideyilənlərə qismən də olsa haqq qazandırır. (2,s.86)

Belə olan təqdirdə dinlərarası dialoqun mahiyyətinin necə başa düşülməsi məsələsi əhəmiyyət qazanır. Rusiyalı dinşünas İ.N.Yablokovun fikrincə, dinlərin dialoqu – “müxtəlif dünyagörüşü olan insanların qarşılıqlı münasibət və qarşılıqlı təsirlərinin çoxtərəfli tarixi prosesi olub, əsas məqsədi həm müxtəlif din nümayəndələri, həm də inanclı və inancsızlar arasında münaqişə və insan hüquqlarının pozulmasının qarşısını almaqdır”.(3, s.359-360)

Başqa bir rus tədqiqatçısı A.V.Juravskiyə görə, “dinlərin dialoqu” kifayət qədər şərti anlayışdır. Çünki gerçək dialoq dinlər arasında yox, yalnız müxtəlif dinlərə inanan insanlar arasında ola bilər. Onun fikrincə, “dinlərin dialoqu dedikdə biz mədəni informasiyanın kortəbii mübadilə prosesini yox, şüurlu surətdə qarşılıqlı anlaşma başa düşürük. Bu özünün həm nəzəri təhlilini, həm də institusional rəsmiləşməsini tələb edən mürəkkəb prosesdir. Belə dialoq yalnız indi, bu günlərdə başlayır. Məhz bu səbəbdən dialoq haqqında elmin daha bir əhəmiyyətli xüsusiyyəti var: o eyni dərəcədə həm dialoqu tədqiq edir, həm də onu yaradır, o təkcə dialoq haqqında elm yox, həm də dialoq elmidir”. (4, s.23)

Müasir dövrdə dinlərarası dialoq deyəndə, qarşılıqlı anlaşma prinsiplərinin və münasibətlərin qorunub saxlanması, xüsusilə dini məsələlərin siyasiləşdirilməməsi nəzərdə tutulur. Məlum olduğu kimi, dünyanın bir çox ölkəsində dinin siyasiləşdirilməsinə imkan verilməməkdədir. Dinin siyasiləşdirilməsi, siyasətə alət edilməsi onun müqəddəs amaldan uzaqlaşdırmaq deməkdir ki, buda yolverilməzdir. Din və onun bildirdikləri  daim uca tutulmalıdır.  Hər kəs dinə və qarşılıqlı dialoqa mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır ki, qarşılıqlı dialoq yarana bilsin.

Qeyd etmək lazımdır ki, dünyada dini zəmində baş verən münaqişələrin əsas səbəbi dini savadsızlıq və bu istiqamətdə təbliğat və təşviqatın düzgün aparılmamasıdır. Bu məsələlərin həllində təkcə dinlərarası deyil, həm də bununla sıx bağlı olan mədəniyyətlərarası dialoqun aparılması mühüm şərtdir. Hər mədəniyyətin öz taleyi, öz tarixi, dəyərlər sistemi vardır. Mədəni tarix dini, siyasi, sosial-iqtisadi əlamətlərlə bir-birindən fərqlənir. XX əsrin ikinci yarısından sonra dövlət sərhədlərinin açılması, eyni zamanda mədəni sərhədlərin açılmasına da şərait yaratdı və onun müasir modernləşdirmə formalarından biri kimi mədəniyyətlərin qovuşmasının, mədəniyyətlərarası dialoqun təməlini qoydu. Biz eyni ilə dinlərarası əlaqələrin genişlənməsini və onlar arasında dialoqun yaranmasını da bu qayda ilə izah edə bilərik.Müasir maarifçilikdə mədəniyyətlərarası və dinlərarası dialoqlar insanların və millətlərin yaxınlaşmasının həlledici amilinə çevrilir, bir-birinin əksi olan həyat tərzlərinin, bəzən bir-biri ilə mübarizə aparan dinlərin və dəyərlər istiqamətlərinin yaxınlaşmasına səbəb olur.(5, s.98-104)

Müasir dövrdə birçox problemlər vә maneәlәrә baxmayaraq, son dövrlərdə dinlərarası dialoqun inkişafı və təbliği istiqamətində mühüm irəliləyiş olmuşdur. Belə ki, müsәlmanlarla qeyri-müsәlmanların münasibәtlәri әhәmiyyәtli dәrәcәdә yaxşılaşmış, bunun inkişaf etdirilmәsi istiqamətində Vatikanla İslam dünyası arasında bir sıra müqavilələr imzalanmış və “müsәlman-xristian dialoqu komitәlәri”yaradılmışdı.(6, s.9)

Qeyd etmək lazımdır ki, “Dialoqun baş tutması bir neçә şәrtdәn asılıdır. Bu şәrtlәrin әn mühümlәrinә daxildir: a) Dialoq zamanı dinlәr vә mәdәniyyәtlәrin müstәqilliyi (sәrbәstliyi) tәmin edilsin; b) Dialoq demokratik şәraitdә baş tutsun vә bu zaman hәr bir dinә münasibәtdә bәrabәrlik vә әdalәt prinsiplәri gözlәnilsin; v) Dialoq bu vә ya digәr dinin hegemonluğuna tabe etdirilmәsin; q) Dialoq kağız üzәrindә qalmamalı, praktikada özünü tәsdiq etmәli, insanların mәnәvi,ruhi hәyatını qidalandırmalıdır; ğ) Dialoq zamanı әdәb-әrkan qaydaları gözlәnilmәli, səmimiyyət düzgünlük, səbir yumşaqlıq (hәlimlik), mehribanlıq, dözümlülük (tolerantlıq), qanacaqlılıq, fәrasәtlilik, gözәl әxlaq, fәsahәtlilik vә nitq rәvanlığı kimi keyfiyyәtlәr әsas götürülmәlidir”. (7, s.7)

         Dialoqun demokratikliyinin tәzahürlәrindәn biri dә budur ki, hәr bir din öz mәfhum vә ideyalarını, dialoqdakı hüquqi tәmsilçilәrinin metodlarını sәrbәst ifadә etmәk hüququna sahibdir. Bu zaman digәr dialoqçuların kәnardan müdaxilәsinә icazә verilmir. Onlar yalnız әlavә mәlumat, әtraflı informasiya, ortaq problemlәrin hәlli ilә әlaqәli suallar verә bilәrlәr. Müәyyәn mәsәlәnin hәlli üçün müxtəlifliyə baxmayaraq, birgә cәhd göstәrmәk, tәkliflәrin ortaq mәxrәcә gәtirilmәsi üçün fikir mübadilәsi aparmaq hәr bir dinin haqqıdır. Dini-mәdәni müxtәlifliyi qәbul etmәk bәşәriyyәtin qәdim vә indiki reallığını qәbul etmәkdir, dinin vә insanlığın birliyinә әsaslanan dini-mәdәni birliyin yenidәn aşılanması istәyini dilә gәtirmәkdir. Habelә bu, “Dindә mәcburiyyәt (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdәn) ayırd edildi” (8) qaydasına әsaslanmaqla dini-mәdәni plüralizmin, müxtәlifliyin tәsdiqidir. Odur ki, Quranın onlarla ayәsindә dini vә mәdәni tolerantlığa çağırış vardır.(9, s.17)

Yuxarıda qeyd olunduğu kimi istər Quranda, istərsədə hədislərdə verilən mesajlar ilk öncə qarşılıqlı anlaşma olması istiqamətindədir. Türkiyəli alim Bekir Karlığa 1998-ci il Mədəniyyətlərarası Dialoq Sempoziumda çıxış edərkən dialoqda əsas olan insanların bir-birini başa düşüb qəbul etməsi fikrini irəli sürmüşdür: “Dialoqun baş tuta bilməsi üçün tərəflər bir-birini başa düşməlidir. Anlamaq, başa düşmək həm də tanış olmaq üçün bilmək lazımdır. Ona görə də dialoq tərəflərin “haqq” və “doğruluq” mövzuları üzərində deyil, öncəliklə qarşılıqlı şəkildə aparılmalıdır. O, “bilmək”, “tanınmaq” və “anlamaq” əsaslarına söykənməlidir. Yəni dialoq bizim fərqlərimizin aydın göründüyü yerdir. “İnam” və “dəyərlər”dən daha çox ortaq nöqtələrimiz “etik”, “estetik”, “mədəni” və “intellektual” planda axtarılmalıdır. Təbii ki, bundan sonra inanc və dəyərlər sahəsində birliyimiz özünü göstərəcək və ortaq nöqtələrdə görüşmək imkanımız olacaqdır. (10, s.13-19)

  1. Şərq-Qərb münasibətlərinədə Azərbaycan təcrübəsi

Yuxarıda qısa olaraq qeyd olunan məsələlər müasir dövrdə dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində dünyada baş verən proseslər bir daha onu göstərir ki, müsəlmanlar üçün dialoq zəruridir bu bir fürsətdir. Ümumiyyətlə tarixə nəzər salsaq dünyada sülhün bərqərar olmasında müsəlmanların atdığı xoşniyyətli addım əksər vaxtlardaonun əleyhində istifadə olunmuşdur. Çünki heç bir tarixi dövrdə Qərb onun İslamı və müsəlmanları qərəzsiz başa düşməyə çalışacağı bir mühitə imkan verməmişdir. Buna baxmayaraq, bütün islam ölkələri son illər dünyada baş verən müsbət dəyişikliləri,dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində atılan addımları və bu müsbət havanı çox yaxşı qiymətləndirməlidir.

Bu istiqamətdə bir çox dövlətin fəaliyyəti yüksək qiymətləndirilir. Burada Azərbaycanın xüsusilə fərqləndiyini görürük. Belə ki, Azərbaycan dövləti dünyada sülhün, əmin-amanlığın və dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində heç bir zaman kənarda qalmamışdır. Tam tərsinə dinlərarası dialoqun inkişafı istiqamətində əsas hədəfini tolerantlıq və multikulturalizm üzərində inkişaf etdirmişdir. Bunun üçün görülən məqsədyönlü işlər dialoq mühitinin qorunması və inkişafı istiqamətindəəsas faktorlardan birinə çevrilmişdir. Bütün bunlara baxmayaraq, qloballaşan və mədəniyyətlərarası münasibətlərin gündən-günə yaxşılaşdığı bir dövrdədini radikalizm, ekstremizm, separatizm və terrorizm tolerantlıq və multikulturalizm mühitinə mənfi təsirini göstərmişdir. Azərbaycan illərlə ekstremizm, separatizm və terrorizmlə mübarizə aparan bir dövlət kimi, bu kimi hadisələrə ciddi əhəmiyyət vermiş və bu istiqamətdə də işləri davam etdirməkdədir. Elə buna görədir ki, Azərbaycan tolerantlıq və multikulturalizmlə bağlı bir çox beynəlxalq konfranslar təşkil etmiş və dünyaya xüsusilə də Şərq və Qərb üçün nümunə ola biləcək bir sıra addımlar atmışdır.

Qeyd etmək lazımdır ki, bunlara misal olaraq, 2016-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə “Multikulturalizm ili” elan etməsi haqqında Sərəncam vermişdir. Dünya ölkələri Azərbaycanda əsrlər boyu formalaşan milli-mədəni rəngarənglik mühitinə, tolerantlığa böyük maraq göstərir, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi də bunu sübut etdi. Dünyada etnik, dini münaqişələrin tüğyan etdiyi bir zamanda dövlət başçısının 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi beynəlxalq aləmdə də rəğbət doğurdu. (11)

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər müasir dövrdə dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində ilklərdən birinə imza atmış, Şərq-Qərb üçün əhəmiyyət kəsb edən dinlərarası dialoqunun yenidən canlanması üçün aparıcı bir missiyanı öz üzərinə götürmüşdür.Çünki Şərqin də ayrılmaz bir hissəsi olan Azərbaycan müasir sivilizasiyanın və dinlərarası dialoqun formalaşmasında öz töhfəsini verməklə bir daha sübut etdi ki, sivilizasiyalar və dinlərarası münasibətlərin inkişafında Şərqin rolu danılmazdır.

Tanınmış tədqiqatçı alim, professor Səlahəddin Xəlilov “Sivilizasiyalararası dialoq” adlı kitabında qeyd olunan istiqamətdə görülən işlərə xüsusi bir mahiyyət qazandırmışdır: “Müasir dövrdə proseslər vahid sivilizasiyanın formalaşması istiqamətində gedir. Ən azı, qloballaşma buna xidmət edir. Lakin bu vahid sivilizasiyanın “Qərb sivilizasiyası” anlayışı ilə bilərəkdən və ya bilməyərəkdən qarışdırılması halları üstünlük təşkil edir. Halbuki, müasir sivilizasiyanın strukturunda bütün əvvəlki lokal sivilizasiyaların nailiyyətləri təmsil olunur və Şərqin rolu heç vaxt unudulmamalıdır. (12,s.8)

Məlum olduğu kimi, qeyd olunan prosesin gerçəkləşməsi üçün liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və tolerant bir mühitin formalaşması üçün əllərindən gələni əsirgəmirlər. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bununla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən insanlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.(11)

Göründüyü kimi“…Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” ifadəsi Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasətinin bir parçası olduğunun bariz nümunəsidir. Müasir dövrdə dinlərarası dialoqdan və bu istiqamətdə görülən işlərdən danışırıqsa, ilk öncə ölkəmizdə bizimlə bərabər yaşayan digər xalqların və millətlərin nümayəndələrinə qarşı olan münasibətə baxmaq lazımdır.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiyasındakı çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutçıxışında Azərbaycan multikulturalizmi və tolerantlığı barədə bunları qeyd etdi: “Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan bir sıra digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün də doğma ev kimidir. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək yolu dövründən zəmanəmizə qədər mühüm rol oynayır. Azərbaycanda Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüquqları verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində milli azlıqların nümayəndələri, o cümlədən yəhudilər də olub. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar”. (13)

“1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk respublikadır. Bu ölkə Fransadan daha dünyəvi dövlətdir”. Bu fikirləri  Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali bildirib. J.P.Allali Bakının Qərb şəhərlərindən də modern bir şəhər olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, “Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır. Xristian ölkəsi olan Ermənistanda yəhudilərin ölkəni tərk etməsini amma müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin hələ də yaşaması” məsələsinə də toxunan yazıçı bunun Azərbaycanda hökm sürən tolerantlıq mühiti ilə bağlı olduğunu bildirib. (13)

Amerikada çıxan “The Hill” nəşrində ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Abraham Kuperin məqaləsində: “Onilliklər boyu, hətta Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən əvvəl də multikulturalizmin geniş yayıldığı bu ölkəyə dəfələrlə səfər edib. A.Kuper yazır ki,sonuncu səfəri müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlərin-Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.(13)

Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti, dinlərarası dialoq fəaliyyətləri və bu istiqamətdə görülən işlər Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycanın Şərqlə Qərbi birləşdirən multikultural məkan olduğunu bildirib: “Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır.Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur”.(14)

“Azərbaycan multikulturalizmi” monumental dərsliyinin bir sıra xarici ölkə universitetlərinə tədris proqramına daxil edilməsi, xarici ölkə gəncləri üçün nəzəri biliklərini təcrübi biliklərlə tamamlamaq üçün Azərbaycanda yay və qış məktəblərinin açılması, ayrı-ayrı beynəlxalq səviyyəli görüşlər multikultural ideyaların getdikcə yayılmasının qarşısıalınmaz bir prosesə, faydalı beynəlxalq reallığa çevrildiyini sübut edir.Prezident İlham Əliyevin son 17 ildə dünya ölkələrinə dostluq, barış yayan çağırışları – Bakı şəhərində ənənəvi olaraq Humanitar forumlara, beynəlxalq görüşlərə ev sahibliyi etməsi və qloballaşan dünyada dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində Azərbaycan kimi gənc bir dövlətin öz təcrübəsini Şərq və Qərblə paylaşması onu göstərir ki,  Azərbaycan tolerant və sülhsevər bir xalqdır. (15)

Nəticə

Araşdırmamızın nəticəsində “Şərq-Qərb münasibətləri prizmasından dinlərarası dialoq və Azərbaycan təcrübəsi” mövzusu bir çox yerli və əcnəbi tədqiqatçıların diqqət mərkəzində olduğu məlum olmuşdur. İslam dininә vә onun təməl prinsiplərinə görə dinlərarası dialoqun böyük әhәmiyyәti, dәyәri və vacibliyi vardır. İslam tarixinə nəzər salsaq görərik ki, İslam dini digər dinlərlə müqaisədə dialoqun əsas lokomativi olmuşdur. Qərb üçün də müsәlman mәdәniyyәti və dinlərarası dialoq islamın bir parçası və mәdәniyyәti olduğu unudulmamalıdır. Qərb dünyası yaxşı bilir ki, müsәlmanlar islamın ilk dövrlərindən başlayaraq dinlərarası dialoqa Allahın əmri və İslam mәdәniyyәtinin ayrılmaz bir hissəsi kimi sahib çıxmışdır. Müsəlmanlar həmişə öz dinlәrinin düzgün başa düşülməsi, İslam düşüncә tərzinin formalaşması və təbliği istiqamətində mütəmadi olaraq dinlərarası dialoqdan istifadə etmişdir. Dünya dövlətləri, o cümlədən Şərqlə Qərb arasında qarşılıqlı münasibətlərə zərbə vuran və bəzən də qlobal problemə çevrilən məsələlərin həlli istiqamətində dialoq qaçınılmaz olmuşdur. Zaman keçdikcə məlum olmuşdur ki, Şərqlə Qərb dinlərarası dialoq deyəndə eyni mahiyyəti mənimsəmədikləri üçün dialoq qura bilməmişdir.

Qәrbin Şərqlə, o cümlədən müsəlmanlarla әlaqәlәrinә birbaşa tәsir edən toqquşma tarixən ciddi problemlərə sәbәb olmuşdur. Elə bu səbəbdəndir ki, Şərq dünyası Qərblə əsrlərdir mübarizə aparmağa məcbur olmuşdur.XX әsrin ortalarından etibarәn dünyada gedən qloballaşma prosesi öz müsbət təsirini dialoq fәaliyyәtinәdə göstərmişdir. Təssüflər olsun ki, hələ dә Qәrbin müsәlmanlara qarşı olan hegemonluq siyasəti dinlərarası dialoqun tam olaraq qurulmasına mane olmaqdadır. Buna görədə Şərq-Qərb müstəvisində dinlərarası dialoq öz bəhrəsini tam olaraq verə bilməməkdədir.

Müxtəlif din mənsublarının əsərlərində bir daha şahidi oluruq ki, azərbaycandakı tolerantlıq prinsipləri Şərq-Qərb üçün nümunə təşkil edir. Çünki  xalqımızın etnik xüsusiyyətlərində “Ədalətli və insaflı” olmaq prinsipi əsas yer tutur. Xalqımızın mayasında olan tolerantlıq və haqpərəstlik bizləri digər millətlərdən və xalqlardan xeyli fərqləndirir. Elə bu səbəbdəndir ki, müasir dövrdə Şərq-Qərb münasibətlərinin daha sağlam olması və qarşılıqlı dialoq prinsipləri əsasında formalaşması üçün Azərbaycan təcrübəsi xüsusi əhəmiyyətə malikdir.

 

XÜLASƏ

Dünyada gedən qloballaşma prosesinə nəzər salsaq görərik ki, istər Şərqdə, istərsədə Qərbdə bir sıra yeni hadisələr baş verir. Belə ki, Şərqlə Qərbin vəhdəti fonunda gedən iqtisadi, siyasi, mədəni proseslər, xüsusilə bu iki qütb arasında sivilizasiyaların möhkəmlənməsi, dinlərarası dialoqun müasir dövrün tələblərinə uyğun olaraq aparılması xüsusi əhəmiyyət daşıyır. Bu məqalədə Şərq-Qərb münasibətlərinə olan müxtəlif yanaşmalardan bəhs olunmuş və bu istiqamətdə Azərbaycan təcrübəsinin əhəmiyyəti mövzusu tədqiq olunmuşdur.

Məqalənin ilk hissəsində alim və tədqiqatçıların dinlərarası dialoq mövzusundakı müxtəlif yanaşmalarından bəhs olunmuşdur. Bu yanaşmalardan qloballaşma və dinlərarası dialoqa xüsusi diqqət yetirən, Mәhәmmәd Xәlifә Hәsәn, Səlahəddin Xəlilov, Sakit Hüseynov və Bekir Karlığanın yanaşmaları xüsusi ilə qeyd olunmuşdur. Həmçinin dinlərarası dialoq mövzusunda Şərq-Qərb münasibətlərinin inkişafına Azərbaycan təcrübəsinin vacibliyi də tədqiq edilmişdir.

Məqalənin ikinci hissəsində Şərq-Qərb münasibətləri prizmasından dinlərarası dialoq və Azərbaycan təcrübəsinin əhəmiyyəti tədqiq olunmuşdur. Bu hissədəson dövrlər “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda beynəlxalq elmi konfransların keçirilməsinin nə qədər vacib olduğuna diqqət yetirilmiş, mövzunun nə qədər əhəmiyyətli olduğu qeyd olunmuşdur. Məqalədə Azərbaycan xalqını güclü fəlsəfi təfəkkürə malik olması, bu istiqamətdə işlərin məqsədyönlü aparılmasına, tolerantlığın və  multikulturalizmi aşılanmasına böyük təkan verdiyi nəzərə çatdırılmışdır.

Daha sonra müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti, dinlərarası dialoq fəaliyyətləri və bu istiqamətdə görülən işlər Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə sadiq qalmasının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.

Açar sözlər:, Dialoq, dinlərarası münasibət, Şərq-Qərb, Azərbaycan, tolerantlıq

RESUME

If we look at the process of globalization in the world, we see that a number of new events are taking place, both in the East and in the West. Thus, the economic, political and cultural processes taking place against the background of the unity of East and West, especially the strengthening of civilizations between these two poles, the conduct of interreligious dialogue in accordance with the requirements of modern times are of particular importance. This article discusses different approaches to therelations  East and West and explores the importance of Azerbaijan’s experience in this area.

The first part of the article discusses the different approaches of scholars and researchers on interfaith dialogue. Of these approaches, the approaches of Mahammad Khalifa Hasan, Salahaddin Khalilov, Sakit Huseynov and Bekir Karliga, who pay special attention to globalization and interreligious dialogue, were especially noted. The importance of Azerbaijan’s experience in the development of  East-West relations on the topic of interreligious dialogue was also investigated.

The second part of the article examines the importance of inter-religious dialogue and the experience of Azerbaijan through the prism of East-West relations. This section focuses on the importance of holding international scientific conferences on “Philosophy, tolerance and multiculturalism in Azerbaijan” recently. There also stressed the importance of the policy of multiculturalism, inter-religious dialogue and the works which done in this direction, the commitment of the Azerbaijani state to the principles of tolerance.

Key words: dialogue, interreligious relations, East-West, Azerbaijan, tolerance.

 

ƏDƏBİYYAT

1.Abdurrahman Küçük, “Dinlerarası Diyaloğa Niçin İhtiyaç Vardır?”, Dinî Araştırmalar, c.I, sy.l (1998), s. 31.

2.Məmmədzadə İ. Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında. Bakı: Təknur, 2009, 226 s.

3.Яблоков И. H. Религиоведение. Москва: Гардарики, 2000, 536 с.

4.Журавский А.В. Очерки христиано-мусульманских отношений. Москва: Свято-Филаретовский православно-христианский институт, 2014. 192 с.

5.Ə.H.Həmzəyev. “Dövlət və Din”. -2010.-№9-10.-S.98-104.

6.Mәhәmmәd Xәlifә Hәsәnin “Dialoq mәdәniyyәti vә metodologiyası” Bakı, 2011, səh.9.

7.Mәhәmmәd Xәlifә Hәsәnin “Dialoq mәdәniyyәti vә metodologiyası” Bakı, 2011, səh.7.

  1. “әl-Bәqәrә” surәsi, 256-cı ayә”.

9.Mәhәmmәd Xәlifә Hәsәnin “Dialoq mәdәniyyәti vә metodologiyası” Bakı, 2011,  səh.17.

10.Bekir Karlığa, (Açılış Konuşması) Kültürlerarası Diyalog Sempozyumu, İst. Büyük Şehir Belediyesi, 7-8 Mart 1998, İst., s.13-19.

11.Respublika. – 2020. – 23 dekabr. – № 270. – S. 6.

12.Səlahəddin Xəlilov. Sivilizasiyalararası dialoq. Bakı: “Adiloğlu” nəşriyyatı”,  2009, s.8.

13.https://scwra.gov.az/az/view/allnews/5?menu_id=61

14.https://scwra.gov.az/az/view/news/2566/birgeyashayishin-numunesi

15.https://www.elibrary.az/docs/qazet/qzt2020_18126.pdf

16.https://az.wikipedia.org/wiki/Tolerantl%C4%B1q

 

f.ü.f.d. Ceyhun Ağayev

AMEA akad.Z.M.Bünyadov adına

Şərqşünaslıq İnstitutu Şərq-Qərbşöbəsinin böyük elmi işçisi

ceyhun.sakiroglu@mail.ru