AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Şərqşünas alim Mərakeşdə beynəlxalq konfransda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov iyunun 25-26-da Mərakeşin paytaxtı Rabat şəhərində UNESCO və İCESCO-nun birgə təşkil etdiyi “İpək yolu ticarətinin inkişafında ərəb dilinin əhəmiyyəti” adlı beynəlxaq konfransda iştirak edib.

Şərqşünas alim mötəbər konfransda “İpək yolu tarixi köçəri və oturaq əhali münasibətləri işığında” mövzusunda məruzə edib.

Tədbirdə bir çox ərəb ölkələrindən, eləcə də ABŞ, Avstraliya, Bolqarıstan, Nigeriya, Çin, Özbəkistan və digər ölkələrdən alimlər iştirak ediblər.