Səhər ac qarına İSTİ SU İÇİN! – 1 həftəyə İNANILMAZ NƏTİCƏ
Bir çox insan günə isti çay, yaxud isti kofe ilə başlayır. Bu içkilər səhər insana enerji verir. Lakin isti çay, kofenin əvəzinə səhər acqarına isti su içsəniz necə? Bəli düz eşitdiniz. Bir stəkan isti suyun səhər acqarına içələn zaman bədəninizdə yaratdığı təsirləri eşidəndə çox təəcüblənəcəksiniz. Diqqətiniz bizdə olsun.
Dəyərli izləyicilər, bu kimi videoların davamı üçün videomuzu bəyənib, şərh yazıb, kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir.
İsti su içmək nəzəriyyəsi Çində yaranıb. İn və yan fəlsəfəsinə əsasən, soyuq su içmək orqanizmdəki balansını pozur. Suyun temperaturu orqanizmin temperaturu ilə eyni olmalıdır. Təxminən, 37 dərəcə.
Bu nəzəriyyəyə əsaslansaq, ümumiyyətlə, soyuq su içmək məsləhət deyil. Çünki soyuq su mədədə böyrəklərin enerjisi hesabına isidilir. Başqa sözlə, siz böyrəklərin enerjisini boşuna sərf etmiş olursunuz. Orqanizmin sağlamlığı üçün, yaxşı olar ki, isti su içəsiniz.
İsti su mədədə dəyişikliyə uğramadan, birbaşa bağırsağa çatır. Axı onu həzm eləməyə və isitməyə gərək yoxdur. Mümkün qədər isti suyu acqarına için ki, yemək və həzm fermentləri ilə qarışmasın. Kisel, kompot və digər isti içkilərin həzmində tərkibindəki mürəkkəb komponentlərin parçalanması üçün müəyyən fermentlər lazım olur, amma isti su rahatca həzm olunur. İsti su orqanizmi yormur və qana tez sorulur.
İsti su metabolizmanı sürətləndirir; Səhər acqarına içilən bir stəkan suyun maddələr mübadiləsini sürətləndirdiyi elmə çoxdan məlumdur. Bu, hələ soyuq suya aiddir. İsti su sürəti iki dəfə artırır. İsti suya limon, yaxud zəncəfil qatsanız, nəticə daha ürəkaçan olar. Limonlu, yaxud zəncəfilli su orqanizmdəki toksinlərin xaric edilməsinə də kömək edir.
Həzmi asanlaşdırır; İsti su həzmsizliklə və qəbizliklə mübarizə aparır. Həmçinin, bağırsaqları toksinlərdən təmizləyir, həzm fermentlərinin istehsalını stimullaşdırır. Soyuq sudan fərqli olaraq, isti su yağ lipidlərini əridir və onların orqanizmdən xaric edilməsini asanlaşdırır. Mədə-bağırsaq sisteminin işini asanlaşdırması isti suyu üçün yeməkdən əvvəl də, sonra da içmək olar.
Bağırsaqların fəaliyyətini normallaşdırır; Yetəri qədər maye olmayanda bağırsaqlarda şişkinlik və ya qəbizlik yaranır. Belə hallarda da mədədə ağrılar olur. Mütəmadi olaraq, gün ərzində minimum 2 litr su içmək lazımdır. Ən yaxşısı isə isti su içməkdir.
Toksinləri orqanizmdən xaric edir; Bağırsağın köməyilə orqanizmdəki zərərli maddələrin xaric edilməsinə səbəb olur. İsti su qaraciyərin və böyrəklərin də fəaliyyətini yaxşılaşdırır. Toksinləri sidik vasitəsilə orqanizmdən atır.
İsti su içmək nəzəriyyəsi Çində yaranıb. İn və yan fəlsəfəsinə əsasən, soyuq su içmək orqanizmdəki balansını pozur. Suyun temperaturu orqanizmin temperaturu ilə eyni olmalıdır. Təxminən, 37 dərəcə.
Sidik yollarının soyuqlaması zamanı bol miqdarda maye qəbul etmək lazımdır. Maye zərərli bakteriyaların orqanizmdən xaric edilməsinə kömək edir. Xüsusilə də, isti suya limon və çuğundur qatanda suda turşu mühiti çoxalır, beləcə, bu qarışıq infeksiyanın törədicilərini yox edir.
Ağrıları yox edir; İsti su daxili orqanların əzələlərini sakitləşdirir, spazmları aradan qaldırır. Qadınlardakı aybaşı ağrıları isti suyun qəbulundan az sonra yox olur. Uşaqlığın əzələlərinin sıxılması ilə yaranan qarın ağrıları və damarların sıxılması ilə yaranan baş ağrılarının aradan qaldırılmasına kömək edir.
Dərini təravətləndirir; Bağırsaqlar təmizləndikcə, orqanizmdən toksinlər atıldıqca dəri də təmizlənir. Üzdəki səpkilər, sızanaqlar və digər problemlər bağırsaqlardakı toksinlərin çoxluğu səbəbilə yaranır. Mütəmadi olaraq, isti su qəbul etsəniz, daxildəki problemlər azalacaq və orqanizm xaricdən də yenilənəcək.
Qocalmanı ləngidir; İsti su hüceyrələrin və orqanların regenerasiyasına kömək edir. Hələ qədimdə bilirdilər ki, lazımi qədər maye qəbul edə bilməyən orqanizmdə quruma baş verir. Xüsusilə, bu, orta yaşlı insanlarda daha açıq gözə çarpır. Qatılaşmış qan baş ağrıları yaradır, trombların və bir çox ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Mütəmadi olaraq, su içsəniz, özünüzü bu risklərdən qorumuş olarsınız. Gündə 1 stəkan və ya daha çox isti su içmək sağlam hüceyrələrə xəsarət yetirən sərbəst radikalların və zərərli maddələrin orqanizmdən xaric edilməsini sürətləndirir. Lazımi miqdarda içilən su dəridəki qırışları və solğunluğu aradan qaldırır, dərini tonuslaşdırır və nəmləndirir.
kanal.az