Şərqşünaslıq İnstitutunda Bakı Dövlət Universitetinin tələbələrinin istehsalat təcrübəsinə yekun vurulub
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçiblər.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, İnstitutun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Günay Verdiyevanın rəhbərliyi altında keçən təcrübə müddətində Şərqşünaslıq İnstitutunun əməkdaşları tələbələrə müxtəlif mövzularda mühazirələr oxuyublar.
Martın 7-dən başlayan mühazirələrdə institut əməkdaşlarından Nazim Mənsimov peşəkar tərcüməçinin bacarıqları, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva İran dövlətçilik tarixi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə fars ədəbiyyatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva tərcümə bacarıqlarının inkişafı, Saleh Dostəliyev İran tarixi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı İranın Cənubi Qafqaz siyasəti barədə mühazirə söyləyiblər.
Son mühazirədən sonra institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və filologiya üzrə fəlsəfə doktoru dosent Günay Verdiyeva təcrübə müddətinin bitdiyini elan edərək, tələbələrə gələcək peşə seçimləri ilə bağlı öz tövsiyyələrini veriblər və onlara uğurlar arzulayıblar.