GÜNDƏM

Şanlı Qələbəyə aparan yol

Ali Baş Komandan İlham Əliyev: “Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”

Müstəqilliyi qazanmaqla bərabər, qorumaq da çox çətindir. 1991-ci ildə müstəqilliyinin yenidən bərpa olunması Azərbaycan xalqı üçün çox böyük bir nemətdir. Müstəqillik Azərbaycan xalqı üçün milli azadlıq və dirçəlişin simvoludur. Lakin həmin dövrlərdə xalqımız bir sıra çətinliklərlə üz-üzə qalmışdır. Bir tərəfdən hakimiyyətdaxili çəkişmələr artmışdır. Digər tərəfdən də ermənlər daim apardıqları etnik təmizləmə siyasətini davam etdirərək Qarabağda gərginlik yaratmışdırlar. Ümumiyyətlə, ermənlər zaman-zaman Azərbaycan topraqlarına qarşı göz dikiblər, azərbaycanlara qarşı etnik təmizləmə siyasəti aparıblar. 200 ildən artıqdır ki, ermənlər bu istiqamətdə özlərinin havadarları hesabına fəaliyyət göstəriblər. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Göründüyü kimi, bu illər ərzində azərbaycanlara qarşı çox böyük soyqırımılar, deportasiyalar olmuşdur. Bunun da acı nətcəsini, əlbəttə ki, xalqımız görmüşdür. Ermənilərin məqsədi, regionda böyük bir Ermənistan dövləti yaratmaq olmuşdur. Bu baxımdan onların hegemon dövlətlər də dəstəkləmişdir və yardımlar göstərmişlər. Bu fəaliyyətə qarşı Azərbaycan dövləti hər zaman tək olmuşdu. Heç bir dövlət ermənlərın Azərbaycana qarşı bu separatçılıq siyasıətinın qarşısnın alınmasına ölkəmizə dəstək olmamışdır. Azərbaycan tarixin bütün çağlarında bu məsələyə qarşı ermənlərlə mübarizə aparmışdır. Ötən əsrin sonlarında ermənlər bu istiqamətdə fəaliyyətlərini daha da aktivləşdirdilər və nəticədə 20% torpaqlarımızı işğal etdilər. 30 il ərzində Azərbaycan dövləti, Ermənistanın separatizm siyasətini ifşa etmək üçün beynəlxalq müstəvidə fəaliyyət göstərmişdir. Diaspor və vətəndaş cəmiyyəti də bu mübarizəyə dəstək vermişdir. Onların Azərbaycana qarşı töyrətdiyi soyqırımlarla bağlı müxtəlif tədbirlər, kampaniyalar keçirilimişdir. Amma bununla yanaşı, Azərbaycan dövləti ordusunu gücdəndirmişdir. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan dövləti səbr nümayiş etdirmişdir. 30 il ərzində danışıqlar aparılıb, lakin Ermənistan bu danışıqları pozub. Danışıqlarda vasitəçilik edən ölkələr effektiv addımlar atmırdı. Azərbaycan ordusunun möhkəmləndirilməsi müharibə şəraiti üçün vacib idi.
Torpaqlarımızın işğaldan qalması ilə Azərbaycan dövləti heç zaman barışa bilməzdi. Bizim bütün sərhədlərimizdə yalnız Azərbaycan bayrağının dalğalanması xalqımızın ən böyük arzusu idi və 44 günlük Vətən müharibəsində Azərbaycan şanlı Qələbə əldə edərək bu istəyinə çatmışdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan qovuldu. Bu müharibə zamanı Azərbaycan ordusu bir sıra mühüm strateji üstünlüklər əldə edərək, ərazisini bərpa etdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Bir günlük antiterror əməliyyatı nəticəsində regiondakı separatçı qurumda ləğv olundu, Xankəndi birbaşa azad olundu və bu gün Azərbaycanın bütün sərhədlərini əsgərlərimiz qoruyur. Xankəndində böyük qürur hissi ilə Azərbaycan bayrağının dağalanmasını görürük və bütün bunlar hamısı Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq. Bununla paralel olaraq, ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə ki, bizi gücləndirirdi”. Artıq Ermənistan bu gün məğlub ölkədir və nə qədər istəsə də revanş edə bilmir. Azərbaycanın güclü ordusu və siyasi təsiri, Ermənistanın revanş cəhdlərini əngəlləmişdir. Baxmayaraq ki, hazırda Ermənistana yenə də Qərb dövlətləri dəstək edirlər. Lakin Azərbaycan Cənubi Qafqazda istər siyasi baxımdan, istər ordu baxımdan güc sahibidir. Azərbaycan region da öz sözünü deyib və “Dəmir yığmırıq” hər zaman Ermənistana qarşı zərbə endirməyə hazırdır.
Prezident İlham Əliyevin imzalandığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Bu müharibədəki şücaət, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və bu döyüşçülərin xatirəsi, hər zaman əziz tutulacaq. Ordunun qələbəsi, yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də müstəqillik, güc və azadlıq simvoludur.
Vətən müharibəsindəki şanlı qləbədən sonra regionda güc balansı Azərbaycan lehinə dəyişmişdir. Hazırda Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün maksimum səy göstərir.
Vətən müharibəsi Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. 44 günlük Vətən müharibəsinin müsbət nəticəsi Zəfər Günü ilə özünü göstərdi. Buna görə də 8 Noyabr-Zəfər Günü Azərbaycanın tarixində mühüm bir gün olaraq qeyd olunur.
image-ibrahimova-gulzar
 Gülzar İbrahimova,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir