GÜNDƏM

Sergey Markov: Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi

Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi.

Bunu “Report”un əməkdaşına açıqlamasında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O bildirib ki, hansısa neqativ hal görməyib: “Əlbəttə, seçici fəallığı prezident seçkilərində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur”.

Politoloq, həmçinin Qarabağda ilk parlament seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkilərin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq”.