SON XƏBƏR: Pakistanla Əfqanıstan arasında silahlı toqquşma
Pakistan hərbçiləri ilə “Taliban” hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.
Hadisə ilə bağlı əlavə detallar barədə məlumat verilməyib.
Mənbə: Turkustan.Az