elminfo.az xəbər verir ki, martın 5-də AMEA-nın akademik Z. M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun elmiişlər üzrədirektor müavini, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü, AMEA Azad Həmkarlar İttifaqı sədrinin müavini Şəhla Əmirova, İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent Sübhan Talıblı, İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadəiştirak ediblər.
İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent Sübhan Talıblı çıxış edərək, qadınların cəmiyyətdə əvəzsiz rolu olduğunu deyərək, şərqşünas qadın alimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara, ailədə xoşbəxtlik, elmi işlərdə daim fəal olmalarını arzulayıb.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadə Şərqşünaslıq elminin inkişafında qadın alimlərin böyük xidmətinin və rolunun olduğunu deyib, İnstitutun xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlaragələcəkhəyatvəfəaliyyətlərindəyeni-yeniuğurlararzulayıb.
Tədbirin sonunda qadın əməkdaşlara institutun Həmkarlar təşkilatının hədiyyələri təqdim edilib.