ELM VƏ TƏHSİL

“Tarixdə İz Qoyan Lider: Heydər Əliyev”

ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixdə İz Qoyan Lider: Heydər Əliyev“ adlı tədbir keçirildi.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Sonra “Sosial və xüsusi fənlər kafedrasının dosenti, t.ü.f.d. Sübhan Talıblı  “Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan diplomatiyası” adlı geniş məruzə etdi. Dos. S.Talıblı elmi məruzəsində bildirdi ki,  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanın xarici siyasətinin əsas prinsip və istiqamətləri, xarici siyasət strategiyası,  diplomatiyası əsaslı şəkildə formalaşdırılmışdır. Heydər Əliyev prezidentliyi dövründə xarici siyasətin əsas hədəfi kimi strategiyası müstəqil Azərbaycanın dövlətçilyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin təminatı, Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunması, Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, ərazi bütövlüyünün bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi olmuşdur. Azərbaycan Respublikasının milli mənafe və maraqlarına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas istiqamətləri Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Komstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə də onun yütürdüyü xarici siyasət strategiyasında öz əksini tapmışdır.  Azərbaycan Respublikasının müstəqil xarici siyasət yürütməsi və bu kursun milli maraqlara cavab verən uğurlu nəticələri bilavasitə Heydər Əliyev irsinin, onun uzaqgörənliklə müəyyənləşdirdiyi və davamlı şəkildə inkişaf edən, yeniləşən xarici siyasət kursunun bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən etibarən beynəlxalq münasibətlərdə milli maraqların üstünlüyünü təmin etmiş, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sədaqətini daim nümayiş etdirmişdir. Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ilk növbədə xalqımızın üzləşdiyi problemlərin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə, ölkəmizin dövlətlərarası, regional və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, dünya birliyinə sıx inteqrasiyasına yönəldilmişdir. Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri, bir tərəfdən, Azərbaycanın tranzit imkanlarını, iqtisadi-maliyyə potensialını genişləndirmiş, digər tərəfdən, həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır. Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, eləcə də İlham Əliyevin Ali baş komandan kimi hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəricəsində 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan dövləti və onu dəstəklər qüvvələr tərəfindən işğal olunmuş ərazilərimiz işğdan azad olundu.

Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsi, TEC sədr müavini Fidan Qafarova – “Ulu Öndər Heydər Əliyevin təhsil strategiyası və Azərbaycan gəncliyi“, Riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Quliyeva Səbinə – “Ulu Öndər Heydər Əliyev  irsində milli idaloji dəyərlər“, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Kərimova Aysun – “Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir” mövzusunda ətraflı çıxış etdilər. Sonda tələbələrin ifasında mövzu ilə bağlı şeirlər səsləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir