elminfo.az xəbər verir ki, aprelin 18 də Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunmuş “Tarixi abidələrin qorunması, bərpası, ənənəsinin davamçısı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, Quba “Soyqırımı Memorial Kompleksi” nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru dosent Rizvan Qarabağlı Tahir Salahovun ev muzeyinin direktoru Səadət Mirzəyeva Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə Mərkəzin foyesində “Mədəni irsimiz dünən və bu gün Qarabağ abidələri” adlı foto sərgi ilə tanış oldular. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Mərkəzin baş fond mühafizi Nigar Hüseynova açaraq qonaqları salamladı, Azərbaycan Xalqının zəngin tarixi – Mədəni irsinin qorunması nın və təbliğinin əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən bəhs etdi.
Çıxış edən qonaqlar Zöhrab Cəfərov, Sübhan Talıblı, Rizvan Qarabağlı, Səadət Mirzəyeva çıxışlarında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizə si və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarixi-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açdılar.
Sonda “Qədim Azərbaycan abidələri” adlı video çarx nümayiş olundu.