GÜNDƏM

“Torpaqlarımızın azadlığında aprel zəfəri”— Qafqaz İslam ordusunun naməlum döyüşçüsünün xatirəsinə ziyarət

MƏTBUAT AÇIQLAMASI

23 aprel 2025-ci il tarixində, saat 13:00-da Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının birgə təşkilatçılığı ilə «Torpaqlarımızın azadlığında Aprel zəfəri» mövzusunda tədbir keçiriləcək.

Tədbir çərçivəsində 1918-ci ildə Azərbaycan xalqının azadlığı uğrunda vuruşaraq şəhid olmuş Qafqaz İslam Ordusunun (QİO) naməlum döyüşçüsünün Bakı-Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidəsi ziyarət olunacaq.

Bu ziyarət Azərbaycanın tarixində mühüm yer tutan Aprel zəfərinin əhəmiyyətini gənc nəsillərə aşılamaq, Qafqaz İslam Ordusunun fədakarlığını yad etmək, vətənpərvərlik ruhunu təbliğ etmək, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz tellərini bir daha vurğulamaq məqsədi daşıyır.

Tədbir zamanı iştirakçılar tarixi həqiqətləri xatırlayacaq, Qafqaz İslam Ordusunun erməni və bolşevik cəlladlarının törətdiyi qırğınlardan xalqımızı xilas etmək uğrunda göstərdiyi qəhrəmanlıq nümunələrinə ehtiramlarını bildirəcəklər.

Beynəlxalq Diaspora Mərkəzi və Qərbi Azərbaycan Paşalı İcması bu tədbir vasitəsilə bir daha bəyan edir ki, tarix saxtalaşdırıla bilməz və xalqımızın azadlığı uğrunda canından keçənlərin xatirəsi daim uca tutulacaq.

Beynəlxalq Diaspora Mərkəzi

Mətbuat xidməti