Türk Dövlətləri Təşkilatında təcrübə proqramı keçirilir
5-11 may tarixində Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün təcrübə proqramı keçirilir.
Elminfo.az diaspor.gov.az-a istinadən vəbər verir ki, təcrübə proqramı TDT və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) birgə təşkilatçılığı ilə baş tutur.
Proqram diaspor qurumları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı anlaşma və bilik mübadiləsinin təşviqi və məsul şəxslərlə bir həftə ərzində hərtərəfli praktik təcrübə məqsədi daşıyır.
Qeyd edək ki, Türkiyə Dövlətləri Təşkilatının diaspor məsələlərinə məsul dövlət qurumları və təşkilatlarının rəhbərləri Bişkekdə keçirilən beşinci görüşündən sonra tərəflər mühüm addım ataraq yeni təcrübə proqramına başlamaq qərarına gəliblər.