Türyançay DTQ-nin ekosisteminin optimallaşdırılması yolları müzakirə olunub
Xəbər verildiyi kimi, Azərbaycan Ornitoloji Cəmiyyəti 1 iyundan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi” layihəsini icra edir. Lahiyə çərçivəsində 21-22 sentyabr 2024-cü il tarixində 6-cı tədbir keçirilib. AOC-nin sədri Elçin Sultanov və Türyançay Dövlət Təbiət Qoruğunun direktor müəvini Mais Şiralıyevın rəhbərliyi altında, təlimçi Fərid Ağabalayev, ekspert-ornitoloq Səidə Səmədova və DTQ-nin işçilərinin iştirakı ilə Ağdaş rayonunun Türyançay DTQ-ilə həmsərhəd kəndlərinin nümayəndələri ilə Savalan kənd ərazisində görüş-dəyirmi masa keçirilmişdir. Tədbirdə təbiətin mühafizəsini müasir tələbatları və onların bizim həyatımızda getdikcə daha aktual olduğu qeyd olunmuşdur. Azərbaycanın Qırmızı Kitabına salınmış quş növlərinin daha yüksək səviyyədə qorunmasının, Türyançay DTQ-nin ekosisteminin optimallaşdırılması yolları müzakirə olunmuşdur. Tədbir işçtirakçılarına AOC-nin çap materialları paylanmışdır.
Dəyirmi masa Türyançay DTQ-da nadir növlərinin qorunmdasında daha bir addımdır. Dəyirmi masadan sonra AOC-nin və görüş iştirakçşılarının tərəfindən ağkərkəs yuvaları telescop vasitəsi ilə müşahidə olunmuşdur.