GÜNDƏM

Üç şəhid Kəlbəcərdə dəfn olundu – GÖRÜNTÜLƏR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.

Turkustan.az xəbər verir ki, Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, hər üç şəhid 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndində itkin düşmüşdü. /Modern.az/









Mənbə: Turkustan.Az