UĞURDAN DANIŞ:Ceyhunə Şirəliyeva | Biz mütləq tarixi yurdumuz olan əzəli və qədim Azərbaycan torpaqlarmıza qayıdacağıq!
FLAG layihəsi nəzdində Uğurdan danış rubrikasının növbəti qonağı, Qərbi Azərbaycan İcmasının Terp Kənd İcma rəhbəri Ceyhunə Şirəliyevadır.
Mən, Şirəliyeva Ceyhunə Məhəmmədəli qızı ictimai-siyasi fəaliyyətimə Qərbi Azərbaycan İcmasında strukturlarının formalaşması, təkmilləşdirilməsi, rayon və kənd icmaları arasında əlaqələrin / kommunikasiyanın gücləndirilməsi, Qərbi Azərbaycan haqqında həqiqətlərinin təbliğatı istiqamətində ardıcıl və məqsədyönlü aktiv fəaliyyətin təşkilində, həmçinin də kənd icmalarında icma sədrlərinin təyin edilməsi ərəfəsində Dərələyəz mahalı, Paşalı rayonun Terpi kəndi icmasının sədri vəzifəsinə təyin edilməsi ilə başlamışam.
Mən bu işlərə başlayanda təcrübəsizdim . Terp kəndinin idarə heyətində Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev öz diaspora fəaliyyətinin və uzun illər rəhbər vəzifəsində işlədiyi zaman topladığı təcrübədən ən əsası Vətənin ağır günlərində l ci Qarabağ savaşında 1993 cü ildəTerp kəndindən igid oğullardan ibarət Didərginlər batalyonuna kamandanlıq edərək müharibədə iştirak edib nəzarət etdiyi postların birinide ermeniyə vermemişdi . O kabinet kamandir yox Səngər kamandiri olmuşdu. Onun vətənpərvərliyi ve Dövlət çevrilişinin qarşisını canı bahasına alması ve hər zaman Qərbi Azərbaycan deyerek İrəvan bayrağını illər öncə 2010 illərdən mübarizə aparmış ölkə daxili ölkə xarici mübarizə aparmışdı . İgdirda ,Karsda Ağrı dağın ətəyində Əlində Üçrəngli bayrağıyla bərabər İrəvan bayrağınıda dalğalandıraraq Qərbi Azərbaycan bizim torpaqlardır şüarı ilə mübarizə aparmışdı .
Terp kəndin idarə heyetinde AMEA nın elmi işçisi Şərqşünaslıq üzrə alim Ceyhun Ağayevin xüsusi dəstəyi və təcrübəsinin xüsusi yeri vardır .
Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Paşalı rayonu üzrə kadrlar şöbəsindən mənə icma sədrliyi təklif ediləndə, qəriblikdə qalan və haqqı tapdalanan el-obama bağlılığım, vətənpərvər olmağım, elimə-obama xidmət etmək istəyim, zorla tapdalanmış haqqlarımıəzın/hüquqlarımızın bərpa edilməsi və b. amillər Terp kənd icmasının sədri vəzifəsinə təyinatıma böyük sevinclə/həvəslə/məmnuniyyətlə razılığımı bildirməyimə səbəb oldu və mənə ciddi motivasiya oldu.
Qərbi Azərbaycan İcmasının əsas məqsəd və fəaliyyəti, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş, geri qayıdış hüquqlarından Ermənistan höküməti tərəfindən qəsdən məhrum edilmiş azərbaycanlı əhalisinin real siyahısının tərtib olunması, dəqiq saylarının müəyyənləşdirilməsi, onların şəhər, rayonlar, qəsəbələr, kəndlər və ailələr üzrə təsnifatlaşdırılması, maddi-mənəvi ziyanın hesablanması daxildir. Qərbi Azərbaycan İcması həmçinin də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə sübut və faktlarla çatdırılması üzrə fəaliyyət göstərir .
Beynəlxalq təşkilatların Qərbi Azərbaycan İcmasının müraciətlərinə verdiyi cavabları, İcmanın müraciətləri əsasında Qayıdış Konsepsiyasının dörd dəfə BMT sənədi kimi ictimaiyyətə yayılmasını təmin edir. Qərbi Azərbaycan həqiqətlərinin müəyyənləşdirilməsi və Beynəlxalq ictimaiyyətə çatdırılması ümummilli məsələdir.
30.11.1920-ci il tarixdən 18.02.1929-cu il tarixinə kimi SSRİ-nin tərkibində olan Rusiyanın imzaladığı bütün sənədlər əsassızdır, heç bir hüquqi əsası (lar) yoxdur. Beləki Göycə mahalının, Zəngəzur mahalının, Dərələyəz mahalının və ümumən Qərbi Azərbaycanın bütün bölgələrinin yerli əhalinin razılığı olmadan Ermənistan SSRi-nin yaradılması və ərazisinin genişləndirilməsi uçun ermənilərə verilməsi, ermənilər tərəfindən yerli Azərbaycan əsilli türklərin soyqırımı, heç bir vaxt/ zaman güzəşti edilmədən məcburən köçurülməsi, ermənilərin açıq soyqırımlar törətməsi və sonradan soyıqırım törətdikləri bu torpaqlarda saxta dövlət qurması qeyd-şərtsiz cinayətdir və heç bir hüquqi əsası yoxdur.
Qərbi Azərbaycanlıların öz tarixi ata-baba yurdlarına geri qayıdış haqqı (hüququ) beynəlxalq hüquqla bağlı bütün sənədlərdə öz əksini tapan prinsiplərə söykənir və bu qayıdış bölgədə sülhün dayanıqlı olmasına mühüm töhfələr verəcəkdir. Soydaşlarımızın öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi əsas şərtdir.
Bakı şəhərində səfirliklərin, diplomatik qurumların nümayəndəliklərindən səlahiyətli və məsul şəxsləri mütəmadi olaraq QAİ-na dəvət edilir, toplanmış tarixi həqiqətləri əks etdirən foto və orada verilən sənədlər və bir sıra əhəmiyyətli tarixi sübutlarla onları tanış edilir.
Beləki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç QAİ-ni ziyarət edib, həm İcma rəhbərliyi, həm də əslən Qərbi Azərbaycandan məcburən deportasiyaya məruz qalmış bir qrup azərbaycanlı qaçqınla görüş keçirmişdir. İcma nümayəndələri Ermənistan hökümətinin oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququn legitimliyini, Avropa Şurasının İnsan hüquqları konvensiyalarını kobud şəkildə pozulduğunu qonağın diqqətinə çatdırmışlar.
Qərbi Azərbaycanın tarixi ilə bağlı ingilis və digər dillərdə yazılar dərc edilir, kitablar nəşr edilir və sistemli şəkildə dünyaya yayılaraq təbliğ edilir. Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda “Qayıdış hüququ”, “Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda 2-ci Beynəlxalq Konfrans keçirildi. Konfransda 51 ölkədən 100-dən çox xarici qonaqlar, yerli rəsmilər iştirak etmişdir. Bu konfransda “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalətin, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyalarında qonaqlarla geniş müzakirələr aparılmışdır.
Mənim rəhbərlik etdiyim Terp kəndinin tarixi və mədəni irsinin qorunması məqsədi ilə ərazinin tarixi- coğrafi mövqeyi barədə elmi araşdırma xarakterli işlər aparılmışdır. Bunun üçün filologiya elmlər doktoru, dilçi türkoloq Azərbaycan Republikasının əməkdar elm xadimi, professor Həsən Mirzənin müəllifi olduğu kitablarına, tədqiqatçı alim Nazir Əhmədlinin müəllifi olduğu “Şərur-Dərələyəzin Kameral təsviri” kitabına, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və
Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramovun müəllifi olduğu və tarixi həqiqətləri təkzibedilməz sübutlarla əks etdirən kitablarına əsaslanaraq, habelə AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmlər üzrə fəlsəfə doktoru, dosent – xanım Sahibə Budaqovanın yeni “İrəvan xanlığının tarixi coğrafiyası və əhalisinin yerləşməsi” adlı kitabında və başqa bu kimi fundamental tarixi faktlarla yazılmış kitablardakı həqiqətlərə söykənərək, Alı Safolu Alıyevin Dərələyəzin folklorunun araşdırıb müəllifi olduğu kitablara əsasən və kəndin ağsqqallarının dilindən Terp kəndinin yerləşdiyi coğrafi mövqeyini, dağları, dərələri, biçənəkləri, bulaqları, gölləri, çayları, meşəlikləri, qəbristanlıqların qədim Azərbaycan türkcəsində olan adlarını araşdırıb kitab halına salımışam yaxın zamanda çap etdirməyi planlaşdırıram. Artıq kitabın 80 faizi hazırdı.
Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai – siyasi proseslərin gedişatında üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş və milli dövlətçilik mənafeyinə uyğun olan mövqelərdən çıxış etmişlər. Terp kəndinin qadınları da Azərbaycan xanımına xas olan xüsusiyyətlərinin cəmləşməsinin nümunəsidir. Onlar vətənpərvər, iradəli, ismətli, qeyrətli, fədakar, ailəcanlıdırlar və soyköklərinə qırılmaz tellərlə bağlıdırlar.
Onlar əzəli Azərbaycan torpağı olan Qərbi Azərbaycandan məcburi çıxarılarkən öz ailələrini qorumuş, qəhrəmanlıq nümunələri göstərək həyat yoldaşına, qardaşına, soydaşlarına və b.-na dəstək olaraq çiyin – çiyinə yağı düşmənə qarşı mübarizə aparmışlar. 1-ci Qarabağ savaşı zamanı qan yaddaşımız olan Xocalıda baş vermiş o faciəvi gecədə bəzi xanımlar həyat yoldaşları ilə birlikdə kəndin müdafiəsində qəhrəmanlıq göstərmiş və şəhid olmuşlar, bəziləri yaralı qardaşını, yoldaşını, övladını və b.-nı özü ilə bərabər gətirib çıxarmışlar. Hətta əsirlikdən özləri ilə bərabər 200-ə yaxın qız-gəlini xilas edib yaxın sərhədə gətirərək ölümdən və əsirlikdən qurtulublar. Terpin xanımları igid – ərənlərin anası, şəhid anası, qazi anasıdırlar. İndi isə terp kənidinə aid olan folklorun, mədəni irsin, kulinariyanın, milli adət-ənənələrin unudulmaması üçün icmanın fəaliyyətində özlərinə aid olan öhdəliklərə uyğun olaraq çalışırlar.
Gələcəkdə Terp kənd icmasının inkişafı üçün kəndimizin ziyalıları, gəncləri, ağsaqqalları və ağbircəkləri ilə vəhdət olaraq qəriblikdə qalmış ata-babalarımızın ayaq izləri, uşaqlıq və gənclik xatirələri, əcdadlarımızın qəbirləri olan tarixi genetik kodumuz – Terpimiz üçün fəaliyyət göstərir, dövlətimizin “Qayıdış” siyasətinə dəstək oluruq.
Terp kəndindən məcburi köçkünlərin kompakt yaşadığqları ərazilərdə (şəhər, rayon, qəsəbə, kəndlərdə) vaxtaşırı görüşlər keçirirəm. Həmin görüşlərdə dövlətimizin “Sülh” və “Qayıdış” siyasətinə dəstək olaraq diskusiyalar, müzakirələr aparırıq, kəndimizlə bağlı xatirələrimizi bölüşürük və beləliklə də Terp kəndimizi unudulmamağı üçün çalışırıq.
Həm də mütəmadi olaraq televiziya proqramlarına dəvətlər alıram, kəndimizin ağbircəkləri, ağsaqqalları, ziyalıları ilə birlikdə KİV-lərin qonağı oluram və bir çox hallarda da icma üzvləri ilə birgə iştirak edirik. Biz orada insanlarımızın yaşadıqları Terp kəndinin xatirələrini, deportasiya zamanı üzləşdikləri problemləri və faciələri haqqında fikirlərimizi bölüşürük. Ağsaqqalar və Ağbirçəklər haqqımız olan ata yurdumuza qayıdış ümidi ilə yaşadıqlarını kovrələrək dilə gətirirlər.
Biz mütləq tarixi yurdumuz olan əzəli və qədim Azərbaycan torpaqlarmıza qayıdacağıq!….
Selcan Hüseynzadə