Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ: TƏDQİQAT, ELMİ DİSKURS VƏ BEYNƏLMİLƏLLƏŞMƏ” XV Beynəlxalq elmi-praktiki konfransı
2 və 3 may 2024-cü il tarixlərində Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” XV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın regional bölməsi 20 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə Quba şəhərində təşkil olunacaqdır.
Ənənəvi olaraq bu konfrans tədqiqatçıların mədəniyyət, multikulturalizm, filologiya, iqtisadiyyat, hüquq, siyasət və sosial elmlərin digər sahələri üzrə müzakirə platformasına çevrilmişdir.
Konfransın istiqamətləri:
1. Qərbi Azərbaycanda təhsil və maarifçilik məsələləri.
2. Qərbi Azərbaycan tarixi-mədəni kontekstdə.
3. Multikultural cəmiyyətlər: Azərbaycan modeli.
4. Yeni dövrün çağırışları: gələcək üçün konturlar.
5. Qarabağ və Şərqi Zəngəzur: Cənubi Qafqazın gələcəyi.
6. COP29: İqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu.
7. Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və hüquq sistemi.
8. Müasir dövrün filoloji təmayülləri (Regional bölmə)
Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:
Azərbaycanşünaslıq2024-Məlumat.pdf
https://bsu-uni.edu.az/az/announce/364