ELMİ ANONSLAR

UNEC ilə Hindistanın Təhsil və Tədqiqat Akademiyası birgə beynəlxalq konfrans keçirəcək

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbi və Hindistanın Təhsil və Tədqiqat Akademiyasının (FIA) birgə təşkilatçılığı ilə aprelin 18-20-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın elmi məqalələri “Springer” nəşriyyatında çap ediləcək və “Scopus” beynəlxalq elmmetrik bazasında indeksləşəcək.

Məqalələri martın 27-dək qəbul ediləcək.