“UniDestin” Təhsil Mərkəzinin meneceri: Valideynlərə övladlarının xaricdə təhsil arzusunu reallaşdırmaqda dəstək olmaq istəyirik
Bu gün “UniDestin” Təhsil Mərkəzinə ibtidai və orta təhsil alan şagirdlər və onların valideynləri dəvət olunub.
“UniDestin” Təhsil Mərkəzinin meneceri Ülviyyə Hüseynova “Report”a açıqlamasında bildirib ki, bu dəvətin təşkilində əsas məqsəd tələbələri uşaq yaşdan tanımaq, potensialına bələd olmaq, birgə böyüməkdir.
“Xaricdə təhsil almaq istəyən tələbələrə uşaq yaşlardan dəstək olmaq önəmlidir. Bu səbəbdən mərkəzdə azyaşlılar üçün dil və texniki fənlər üzrə kurslar fəaliyyət göstərir. Birinci sinifdən on birinci sinfədək şagirdlər müraciət edə bilərlər. Bununla yanaşı fizika, kimya biologiya fənnlərinin ingilis dilində tədrisinə də başlamağı planlayırıq”, – Ü.Hüseynova bildirib.
Onun sözlərinə görə, alman, çin, fransız dili müəllimləri də təhsil mərkəzinə cəlb ediləcək və yaxın zamanda bu dillərin tədrisinə başlanılacaq:
“Biz keyfiyyətli təhsil verməyin tərəfdarıyıq. Elə buna görə də xaricdə təhsil almış müəllimləri cəlb etmişik. Bilirik ki, ibtidai sinifdən bizimlə işləyən uşaqlar gələcəkdə ixtisas və ölkə seçimində daha düzgün qərar vermə potensialına malik olacaq. Bununla yanaşı biz də onları özümüz yetişdirdiyimiz üçün daha rahat yol göstərib, seçdiyi universitet və ölkə mövzusunda düzgün “xəritəni” çizə bilirik. Beləliklə də həmin tələbələrin yaxşı nəticələr əldə etmək şansı daha yüksək olur”.
Qeyd edək ki, “UniDestin” xaricdə təhsillə yanaşı, tələbələrin “SAT”, “TOEFL”, “IELTS” imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların təqdim olunmasını da öhdəsinə götürüb. Şirkət dünyanın müxtəlif ölkələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul proseslərini həyata keçirir.








Mənbə: Report.Az