ELMİ DİİASPORA AA

Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı – 13 oktyabr 2019, Bakı)

Şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997).

1 Həyatı və fəaliyyəti
2 Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı
3 Seçilmiş əsərləri
4 Mükafatları
5 İstinadlar
6 Həmçinin bax
7 Xarici keçidlər
Həyatı və fəaliyyəti
Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.

1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.

1978-ci ildən professor olmuşdur.
1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
1991–1992 — BDU-nun prorektoru.
1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
1992 — Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
2001 — AMEA-nın müxbir üzvü seçilmişdir.
2002 — “Şöhrət ordeni” ilə təltif edilmişdir.
2003 — Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
2007 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.
Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.[1]

Uzun illər Azərbaycan Televiziyasında yayımlanan “Haqqın dərgahı” verilişinin aparıcısı olmuşdur.[2]

İki qızı, bir oğlu var.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı
Rusiya — 1978, 1981
Polşa — 1979, 1995
ABŞ — 1996
İndoneziya — 1998, 1996, 2000
İraq — 2000, 2004
Türkiyə — 2002, 2004
İran — 2002, 2004
Gürcüstan — 2005
Fransa — 2005
Misir — 2006
Seçilmiş əsərləri
2006 — İslam və gənclik
2006 — Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q. T. Məmmədəliyeva ilə birlikdə)
2006 — Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
2006 — Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
2006 — Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
2005 — İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
2005 — Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
2004 — Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
2004 — Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
2004 — İslam əxlaqı və onun əsas prinsipləri
2004 — Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
2004 — S. S. Rəşadinin “Sərf nəhv” kitabı haqqında
2004 — Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
2003 — Əbu Həyyanın bəzi dilçilik görüşləri
2003 — Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q. T. Məmmədəliyeva ilə birlikdə)
2003 — Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
2002 — Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
2002 — Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)
Mükafatları
“Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı — 28 oktyabr 1992
“Dağıstan Respublikasının əməkdar elm xadimi” fəxri adı 2003
“Şöhrət” ordeni — 26 avqust 2002
“Şərəf” ordeni — 30 oktyabr 2009
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 30 avqust 2012
“Qızıl çinar” beynəlxalq mükafatı — 10 may 2017

https://az.wikipedia.org