GÜNDƏM

“Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçiriləcək

6 mart 2024-cü il tarixində saat 14:00-da  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçiriləcək.

Seminarda Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü İlham Şahmuradov çıxış edəcək.

 Seminarda toxunulacaq əsas məqamlar aşağıdakılardır:

– Xərçəng xəstəliyinin genetik əsasları: ümumi qeydlər;

– Xərçəng genləri və onların təsnifatı;

– Kodlaşdırmayan drayver mutasiyaları və onların genom üzrə paylanması;

– Promotor mutasiyaları və xərçəng xəstəliyi;

– Yekun mülahizələr.

Maraq göstərənlər seminarda iştirak edə bilərlər.

Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117