GÜNDƏM

Xamenei Qərbə meydan oxudu: “Biz qalib gəldik” – Müharibə yenidən alovlanır? – ŞƏRH

İyunun 24-ü səhər saatlarında ABŞ lideri Donald Tramp İran-İsrail arasında atəşkəs bağlandığını elan etdi. Daha sonra tərəflər arasında atəşkəs pozulsa da Tramp Netanyahu ilə sərt danışaraq hücumu dərhal dayandırmağı tapşırdı.

Atəşkəs elan olunduqdan sonra ilk dəfə İran ali lideri Ayətullah Xameini ilk dəfə kameralar qarşısına keçib və açıqlamalar verib. Olduqca kəskin olan bu açıqlamada o, İsrail və ABŞ-ı ittiham etdi və məqsədlərinə çatmadıqlarını söylədi.

“ABŞ İsraillə birlikdə İrana hücum etməklə heç nə qazanmadı. Onlar heç nə edə bilmədilər. İranlıları ABŞ üzərində qələbə münasibəti ilə təbrik edirəm”-deyə, ali lider bildirib.

Maraqlıdır görəsən, Xameneinin bu açıqlamasına ABŞ və İsrail hansı cavabı verəcək? Yenidən hücum gözləniləndir? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Xameneinin bu çıxışı İran cəmiyyətinə hesablanmış çıxışdı. Sanki xalqı sakitləşdirməyə çalışır. Çünki, 12 gün davam edən müharibədə çox ciddi hücumlar həyata keçirildi, itkilər oldu. Əks təqdirdə etirazlar yüksələcək. Müharibənin bitdiyini düşünmürəm. İkinci aktiv fazanın olma ehtimalı çox real görünür. Yaxın vaxtlarda yenidən qarşıdurma başlaya bilər. Əgər bu baş verərsə, ABŞ-İsrail ittifaqı İranı çox ciddi zərbələrlə sarsıdacaq. Çünki, əllərində olan yeni texnoloji imkanlar və raket sistemləri, döyüş texnologiyaları İrandan daha üstündür. İsrailin İran ərazisində hava məkanını nəzarətə götürməsi kifayət qədər ciddi məsələdir. Ona görə bunun davamı olaraq müharibə yenidən alovlana bilər.

Aytən Yaşar/ Turkustan.az









Mənbə: Turkustan.Az