ELMİ DİİASPORA AA

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, dəyirmi masa institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Öncə Xocalıda soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı həqiqətlərindən danışan Musa Qasımlı, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.  Bildirib ki, dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar edilib.

Anım toplantısında institutun elmi katibi psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, şöbə müdirləri tarix elmləri doktoru professor Qasım Hacıyev,  tarix üzrə fəlsəfə doktoru dosent Elnur Kəlbizadə, aparıcı elmi işçi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Liliya Mirzəzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.