“Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçiriləcək
6 mart 2024-cü il tarixində saat 14:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng xəstəliyinin kodlaşdırmayan drayver mutasiyaları” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü İlham Şahmuradov çıxış edəcək.
Seminarda toxunulacaq əsas məqamlar aşağıdakılardır:
– Xərçəng xəstəliyinin genetik əsasları: ümumi qeydlər;
– Xərçəng genləri və onların təsnifatı;
– Kodlaşdırmayan drayver mutasiyaları və onların genom üzrə paylanması;
– Promotor mutasiyaları və xərçəng xəstəliyi;
– Yekun mülahizələr.
Maraq göstərənlər seminarda iştirak edə bilərlər.
Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117