“Yerkrapa” terrorçuları şərti sərhəddəki mövqelərə GÖNDƏRİLDİ – TƏHDİD ARTIR (VİDEO)
Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, “Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçuların olduğu bildirilir. Həmçinin ərazidə separatçı simvol olan erməni əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələrinin Ermənistan Müdafiə Nazirliyinin arsenalına aid olduğu qeyd edilir.
Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid hesab olunur. Ermənistanın “sülh” bəyanatları ilə belə təxribatçı hərəkətlər arasında ziddiyyət olduğu vurğulanır. Paşinyan hökuməti sadəcə sözlə deyil, əməli addımlarla bölgədə sabitliyin təminatı üçün çalışmalıdır.
Ekspertlər bildirir ki, terrorçuların sərhəd mövqelərinə yerləşdirilməsi təxribat xarakterlidir və bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Mənbə: Turkustan.Az