GÜNDƏM

Zaxarova: Bakı və Moskva regional məsələlərin həllində fəal əməkdaşlıq edirlər

Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişafının deyil, həm də ölkələrimizin qarşılıqlı fəaliyyət göstərdiyi regional məsələlərin həllinin vacibliyindən çıxış edərək bütün sahələrdə fəal əməkdaşlıq edirlər.

“Report”a bu barədə eksklüziv şərh verən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.

“Biz kollektiv Qərb ölkələrinin, NATO blokunun bulanıq suda balıq tutmaq, bundan əvvəl isə suyu bulandırmaq istəyini görürük. Düşünürəm ki, Bakıda, eləcə də regionun digər ölkələrində bunu yaxşı bilirlər. Qərbin xaosu idarə etmək istəyi səbəbindən dünyanın digər nöqtələrində müşahidə olunan destabilizasiyanın ümumi regionumuza keçməməsi üçün hər şeyi etmək lazımdır”, – o qeyd edib.

M.Zaxarova vurğulayıb ki, region artıq çoxsaylı münaqişələrdən keçib və yeni xaosun yaranmasına yol vermək olmaz. Onun sözlərinə görə, növbəti fırıldaqçılara, manipulyatorlara regionda idarə olunan xaos siyasətini həyata keçirmələrinə imkan vermək olmaz.