Sunday, July 13, 2025
Google search engine
HomeElm AdamlarıAĞALAROVA Dünya Ələkbər qızı

AĞALAROVA Dünya Ələkbər qızı

(15.12.1906, Şamaxı – 15.8.1981, Bakı) – Azərbaycan paleontoloqu, geologiya-mineralogiya e.d., prof. (1964). 1949-57 illərdə Türkmənistan SSR EA (1951 ilədək SSRİ EA filialı) Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olmuşdur. 1958 ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Neft və Layihə İnstitutunda stratiqrafiya laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır. Tədqiqatları Azərbaycanın Mezozoy və Kaynozoy çöküntülərinin mikrofaunası sahəsindədir. Elmi kadrların yetişdirilməsində xidməti var. Mikropaleontoloqların Polşada (1968) keçirilən Beynəlxalq konqresində çıxış etmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.162
ASE, I cild, Bakı, 1976, s. 97

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments