Sunday, July 13, 2025
Google search engine
HomeElm AdamlarıALCANOV Məzahir Əmircan oğlu

ALCANOV Məzahir Əmircan oğlu

(6.7.1950, Şamaxı r-nunun Çalov k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1990). Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1971-72 illərdə Kürdəmir rayonunda orta məktəbdə fizika müəllimi işləmişdir. 1973 ildə AMEA Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Əsas tədqiqat sahəsi aşağı temperaturlarda qallium və tallium monohalkogenidlərin istilik tutumunun tədqiqi və aşağıölçülü AIIIBVIvə TIMX2 kristalları və onların bərk məhlullarında faza keçidi və istilik tutumu ilə əlaqədardır. 2003 ildən AMEA Fizika İnstitutunun “Kriogen texnologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.304

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments