Sunday, July 13, 2025
Google search engine
HomeElm AdamlarıALXAN BAYRAMOĞLU, Məmmədov Alxan Bayram oğlu

ALXAN BAYRAMOĞLU, Məmmədov Alxan Bayram oğlu

Məmmədov Alxan Bayram oğlu (22.10.1954, Qazax r-nunun Birinci Şıxlı k.) – Azərbaycan filoloqu, jurnalist, filologiya elmləri doktoru (1998), professor (2007). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun Çöl Göylər kənd məktəbində müəllim işləmişdir. Hazırda Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. M.Ə.Sabir yaradıcılığının tədqiqatçısıdır. “M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)” elmi əsərinin müəllifidir. “Şamaxı ədəbi mühiti (19 əsrin ortalarından mart 1918 ilə qədər)” mövzusunda yazdığı doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. 530-dan çox elmi məqalə, 16 monoqrafiya, 8 kitab (tərtib, ön söz, lüğət və şərhlərlə), o cümlədən, Şamaxıda maarif və maarifçilik (19 əsrin ortalarından mart 1918 ilə qədərki ədəbi mühit). Bakı, “Maarif”, 1977)) və ali məktəblər üçün 3 dərs vəsaiti, 6 tədris proqramı nəşr etdirmişdir.
Əd.: “Bakı Dövlət Universitetinin professorları”, “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2014, s.388

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments