Monday, July 14, 2025
Google search engine
HomeElm AdamlarıAŞURBƏYLİ Sara Balabəy qızı

AŞURBƏYLİ Sara Balabəy qızı

(27.1.1906, Bakı – 17.7.2001, Bakı) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1966), əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət laureatı (1986). İstanbulda Janna dArk adına fransız kollecini (1925), Azərbaycan Dövlət İnstitutunun Şərq (1930) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər (1941) fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. 1937-58 illərdə respublikanın ali məktəblərində fransız və ingilis dillərindən dərs demişdir. Azərbaycan SSR EA Tarix Muzeyində orta əsrlər şöbəsinin müdiri (1954-58), Azərbaycan SSR EA Şərqşünaslıq İnstitutunda elmi katib və baş elmi işçi (1958-61), Azərbaycan SSR EA Tarix İnstitutunda baş elmi işçi (1961-93), AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi (1993-2001) vəzifələrində çalışmışdır. Tədqiqatları, əsasən, orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə həsr olunmuşdur. 120-dən artıq elmi əsərin, o cümlədən “Şirvanşahlar dövləti” kitabının müəllifidir. Bir sıra boyakarlıq əsəri də vardır. Azərbaycan Respublikasının Şöhrət ordeni ilə təltif olunmuşdur.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s. 205

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments