Sunday, July 13, 2025
Google search engine
HomeElm və TəhsilMətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir

Mətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir

Mətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir

İnsanlar mətni elektron daşıyıcılar yerinə kağızdan oxuduqda, onu daha yaxşı anlayırlar.

“Report”“Review of Educational Research”elmi jurnalına istinadən xəbər verir ki, bu qənaətə İspaniyanın Valensiya Universitetinin alimləri gəlib.

Araşdırmanın müəllifləri 470 min nəfərin verilənlərini təhlil edib. Mətnləri elektron ekrandan deyil, kağızdan oxuyanların qavrayış və anlama səviyyəsi tədricən bir neçə dəfə artır.

Alimlər bu tendensiyanın səbəbini rəqəmsal mətnlərin linqvistik keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Tədqiqatın müəlliflərindən biri olan Ladislao Salmeronun sözlərinə görə, sosial şəbəkə yazıları və ya “Vikipediya məqalələri” adətən mürəkkəb sintaksis və arqumentasiya ehtiva etmir, həmçinin slenq və ya danışıq sözlərindən ibarət ola bilər.

Bundan başqa, bir çox rəqəmsal materiallar səthi oxunur. Bu səbəbdən insan hekayəyə tam daxil ola bilmir və ya mürəkkəb məntiqi əlaqələri qavramır.

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments