Monday, July 14, 2025
Google search engine
HomeElm AdamlarıAXUNDOVA-BAĞIRBƏYOVA Sona Əbdul qızı

AXUNDOVA-BAĞIRBƏYOVA Sona Əbdul qızı

AXUNDOVA-BAĞIRBӘYOVA-Sona(23.8.1896, Şamaxı – 27.1.1982, Bakı) – Azərbaycan oftalmoloqu, tibb e.d. (1952), professor (1954), Azərbaycan SSR əməkdar elm xadimi (1964) və əməkdar həkimi (1960). 1923 ildə II Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Bakıda göz xəstəxanalarında həkim (1923-38), baş həkimin müavini (1938-46) vəzifələrində çalışmışdır. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının assistenti (1935-49, fasilələrlə), dosenti (1949-54), professoru (1954-70), elmi məsləhətçi-professoru (1970-82), eyni zamanda Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda şöbə müdiri (1947-53) işləmişdir. 1940 ildə Odessada V. P. Filatovun rəhbərliyi altında işləmiş, sonra Azərbaycanda Filatov usulu ilə toxuma terapiyası və keratoplastika operasiyaları aparmağa başlamışdır. Respublikanın baş oftalmoloqu olmuşdur (1952-82). Tədqiqatları, əsasən, keratoplastika, toxuma terapiyası, traxoma və s. göz xəstəliklərinin müalicəsinə həsr edilmişdir. Lenin ordeni, Qırmızı Әmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Əd.: ASE, I cild, Bakı, 1976, s.501,
Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.223

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments