Home Elmi Anonslar DİM sədri: Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır

DİM sədri: Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır

0
DİM sədri: Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır

Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil.

“Report” xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, işlər çox ciddi şəkildə həyata keçirilir:

“Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq. Prosesə hətta mənim belə müdaxiləm qeyri-mümkündür”.

DİM sədri sualların çətinliyi ilə bağlı iddialara da toxunub:

“Mediada bizim işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır. Mənə elə gəlir ki, bizim 30 ildir yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var. Biz bilirik ki, misal olaraq bu testə 70 faiz cavab verməlidir. Bu isə daha çətindir 25 faiz cavab verməlidir”.

Mənbə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here