Monday, July 14, 2025
Google search engine
HomeElmi AnonslarMəleykə Abbaszadə: Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər...

Məleykə Abbaszadə: Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

“Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

“Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.

M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilir:

“Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edir. Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini həmin bölmə üzrə təhsil alanlar tutur”.

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments