Kamran İmanov: Bütün universitetlərdə əqli mülkiyyətlə bağlı fənlər keçirilməlidir
Bütün universitetlərdə əqli mülkiyyətlə bağlı fənlər keçirilməlidir.
“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərlə görüşündə deyib.
O qeyd edib ki, indiyədək Azərbaycanda iki universitetdə – Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli Mülkiyyət kafedrası var.
“Əhali əqli mülkiyyət sahəsində maarifləndirilməlidir”, – deyə o əlavə edib.
K.İmanov eyni zamanda Agentliyin media ilə işinə də toxunub:
“Media iki məkanda işləyir. Biri informasiya məkanıdır, ikincisi əsərlərdir. Ona görə də media və Agentlik arasında sıx əməkdaşlıq davam etməlidir”.
Mənbə: Report.Az