Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

0

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

“Report”un Muğan bürosunun məlumatına görə, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More