Elçin Əfəndiyevdən sonra… – Sağ olan “Xalq yazıçısı” və “Xalq şairləri”nin SİYAHISI
Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatından sonra Azərbaycanda bu fəxri adı daşıyan qələm adamlarının sayı azalıb.
Azərbaycanda indiyə kimi xeyli “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı almış yazarlar olub. Onların bir çoxu dünyasını dəyişib. Amma hazırda sağ olanlar da var.
“Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 2019-cu ildə imzalanıb.
Prezidentin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib – Vahid Əziz, Ramiz Rövşən və Musa Yaquba. Üç nəfərə isə “Xalq yazıçısı” adı verilib – Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda.
Modern.az saytı hazırda həyatda olan titullu yazıçı və şairlətin siyahısını hazırlayıb.
Onların adlarını təqdim edirik:
“Xalq yazıçısı” – Anar Rzayev, Çingiz Abdullayev, Elmira Axundova, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud
“Xalq şairi” – Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Ramiz Rövşən.
Mənbə: Modern.az