Yeni dərsliklər xarici mənbələrdən götürülür? – RƏSMİ CAVAB

0

“ARTİ tərəfindən hazırlanan yeni nəsil dərsliklər tamamilə orijinaldır, köçürmə, tərcümə yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova söyləyib.

 

Onun sözlərinə görə, dərsliklər məzmun standartlarından kənara çıxmır: “Əlbəttə, biz təhsil sistemlərində yüksək nailiyyət əldə etmiş dövlətlərin kurikulumları və dərsliklərini araşdırır, müzakirə edirik. Bəzi mövzularda yeni anlayışlar əlavə oluna bilər, lakin dediyim kimi, onlar tərcümə və ya köçürmə ilə tərtib olunmur”, – deyə o bildirib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More