Bakı Türk Liseyinin şagirdi Avropa İnformatika Olimpiadasında uğur qazandı
29 avqust – 4 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində Avropa İnformatika Olimpiadası (European Junior Olympiad in Informatics – EJOI) keçirilib.
Modern.az xəbər verir ki, olimpaidada Azərbaycanı təmsil edən Bakı Türk Liseyinin şagirdi Ömər Əliməmmədzadə uğur qazanaraq bürünc medala layiq görülüb.
24 ölkədən 96 məktəblinin iştirak etdiyi olimpiadada Azərbaycan məktəbliləri ümumilikdə 3 bürünc medal qazanıblar.
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.