Rusiya-Ermənistan ticarəti yarıbayarı azalıb – Overçuk

0

Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət bu il artıq əhəmiyyətli dərəcədə azalıb.

Modern.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, ticarətdə azalma 2025-ci ilin sonuna qədər 6 milyard dolları ötəcək ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.

“Rusiya ilə Ermənistan arasında ticarətə gəlincə, biz gözləyirik ki, ilin sonuna qədər keçən illə müqayisədə bu, iki dəfə azalacaq. Yəni, əgər keçən il 12,4 milyard idisə, bu il yəqin ki, 6 milyard civarında, bəlkə də bir az daha çox olacaq”, – o deyib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More