“Port Baku”da yeni metro stansiyası tikiləcək
Bakıda “Port Baku” kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək.
“Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.
Mənbə: Modern.az
