İnternatlara tərbiyəçi AXTARILIR

0

Sentyabrın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə qeydiyyat başlayır.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 29 sentyabr 2025-ci il saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsahibə mərhələsinə dəvət zamanı qeydiyyatdan keçən namizədlərin müvafiq ixtisas üzrə pedaqoji təhsili, iş stajı və yaşayış yerinin uyğunluğuna üstünlük veriləcək.

Uyğun namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More