Sarayda 4 maşın toqquşdu – Xəsarət alanlar var

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə zamanı “Mitsubishi”, “Ravon”, “Opel” və “Toyota” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Bir cavab yazın