Hot Topics

Year: 2025

Year : 2025

Aeroport yolunda maşın yanır – FOTO

Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.   Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.   Hətəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür. Mənbə: Modern.az
Read more

“AzParking”in əməkdaşı döyüldü

Xətai rayonu, H.Salmani küçəsi, 1 ünvanında yerləşən mağazanın qarşısında “Azparking” MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb. Modern.az “Qaynarinfo” ya istinadla xəbər verir ki, hadisədə firmalardan birinin Əli adlı ekspeditoru təqsirli bilinib. Əli həmin vaxt avtomobilini mağazanın qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi […]
Read more

Pedaqoji Universitetdə təhsil haqqı artırılıb – Səbəb AÇIQLANDI

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil haqqı niyə artırıldığı məlum olub. Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-a universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev danışıb. O qeyd edib ki, yeni təhsil haqqı yalnız cari ildən etibarən universitetə qəbul olunacaq birinci kurs bakalavr və magistratura tələbələrinə şamil edilir: “Hazırda ADPU-da təhsil alan yuxarı […]
Read more

Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk

“Biz Ukraynada Azərbaycanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə əsaslanan mövqeyini, habelə bizə göstərdiyi dəstəyini yüksək qiymətləndiririk”.   Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev məqaləsində yazıb.   O qeyd edib ki, iki dövlət arasında əməkdaşlıq özünü energetika, ticari-iqtisadi və humanitar, eləcə də strateji tərəfdaşlığın müxtəlif sahələrində özünü aydın şəkildə göstərir:   “Bu gün […]
Read more

III Şuşa Qlobal Forumu “Euronews”da

“Euronews” telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb.   Modern.az xəbər verir ki, reportaj “III Şuşa Qlobal Media Forumunda süni intellekt müzakirə mərkəzində” adı ilə yayımlanıb. Qeyd olunub ki, forumda dünyanın aparıcı xəbər agentliklərinin, texnologiya şirkətlərinin və elmi-tədqiqat institutlarının təmsilçiləri çıxış edərək, süni intellektin inkişafı fonunda yaranan çağırışlar – dezinformasiyanın yayılması, etik standartların müəyyənləşdirilməsi və […]
Read more

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.   Bu barədə Modern.az-a FHN-dən bildirilib.   Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.   Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti […]
Read more

Avqustun 3-də dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçiriləcək. Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat […]
Read more

Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək

Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək. Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil […]
Read more

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb. Modern.az xəbər verir ki, bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib. Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır. Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, […]
Read more

MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix AÇIQLANDI

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Bu barədə Modern.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.