Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI

0

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.

Modern.az xəbər verir ki, bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.

Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More