Türkiyədəki səfirliyimizdən Rəsulzadəyə böyük ehtiram – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin vəfatının 71-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin açıqlamasında bildirilib.

“Ruhu şad, məkanı cənnət olsun”,- deyə səfirlikdən qeyd edilib.

Qeyd edək ki, 6 mart tarixi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, 1955-ci il martın 6-da Ankarada vəfat edib və Əsri məzarlığında dəfn olunub.


Mənbə: Modern.az

Bir cavab yazın