Naxçıvanda dronun hədəfə aldığı məktəbdən XƏBƏR VAR

0

Martın 5-də  günorta saatlarında İran ərazisindən Naxçıvana buraxılan pilotsuz uçuş aparatlarından biri  Babək rayonunun Şəkərabad kəndində yerləşən tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Məlumata görə, əraziyə operativ xidmətlər cəlb olunub.

Naxçıvan Təhsil Nazirliyinin mətbuat katibi Novruz Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı şagirdlərə operativ psixoloji dəstək göstərilib.

O qeyd edib ki, Naxçıvanda bütün məktəblərdə psixoloqlar fəaliyyət göstərir və şagirdlərin sayına uyğun olaraq psixoloq ştatları müəyyən edilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More