Ermənistan ordu ilə bağlı mühüm qərarı qəbul etmədi 

Ermənistan hökuməti hərbi xidmətin ödənişli şəkildə azaldılması ilə bağlı qanun layihəsini geri çevirib.

Modern.az xəbər verir ki, Ermənistan Nazirlər Kabineti 18-27 yaş arası çağırışçıların 15-20 milyon dramlıq ödəniş müqabilində hərbi xidmət müddətinin 1-6 aya endirilməsini təklif edən qanun layihəsini rədd edib.

Təşəbbüs həmçinin çağırış yaşının 37-yə qaldırılmasını təklif edir. Hakimiyyət orqanları demoqrafik riskləri və artan emiqrasiya təhlükəsini əsas gətirərək bu ideyanı vaxtında deyilmiş hesab etdilər.


Mənbə: Modern.az

Bir cavab yazın