Azərbaycanlı gənc Çində elmi dərəcəyə layiq görülüb

0

Azərbaycanlı gənc Leyla Araz qızı Quliyeva Çin Xalq Respublikasının Uhan şəhərində yerləşən Huazhong University of Science and Technology (HUST) Universitetinin Dövlət İdarəçiliyi fakültəsi üzrə doktorantura təhsilini uğurla başa vuraraq idarəetmə ixtisası üzrə (e-government istiqaməti) fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Modern.az xəbər verir ki, Leyla Quliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşıdır. O, RİH başçısı Aparatının Ərazi-təşkilat  və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələlər sektorunun əməkdaşıdır, dövlət qulluqçusudur.

Leyla Quliyevanın əldə etdiyi bu mühüm elmi nailiyyət ölkəmizin dövlət idarəçiliyi sahəsində insan kapitalının inkişafına töhfə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də nümunəvi uğur kimi qiymətləndirilir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More